RMİD və ARED arasında əməkdaşlıq memorandumu imzalanıb 23 noyabr 2023-cü il tarixində İstanbul Fuar Mərkəzində “10-cu Beynəlxalq FESPA Avrasiya 2023 Geniş Formatlı Çap və Sənaye Reklamı Sərgisi” keçirilib. Sərgi çərçivəsində Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək İctimai Birliyi (RMİD) və Açıkhava ve Endüstriyel Reklamcılar Derneği (ARED) arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun əsas məqsədi; Azərbaycan və Türkiyə üzrə reklam fəaliyyətləri istiqamətində təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq münasibətlərinin genişləndirilməsi və ortaq layihələrin icra olunmasıdır. Qeyd edək ki, memorandum RMİD-in İdarə Heyətinin sədri Xəyalə Mütəllimova və ARED-in İdarə Heyətinin sədri Şahin Acar tərəfindən imzalanıb. Tərəflər gələcək fəaliyyətdə birgə əməkdaşlıq üzrə müzakirələr aparıb.